Venesuelada 7,3 bal gücündə zəlzələ oldu

venesuelada-73-bal-gucunde-zelzele-oldu
Oxunma sayı: 1226

Venesuelada 7,3 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo”nun “TASS”a istinadən məlumatına görə, təkanlar Karupano şəhərindən 35 kilometr şərqdə qeydə alınıb. Zəlzələ ocağı 80 kilometr dərinlikdə olub.

113 min nəfər sakini olan şəhərdə dağıntılar və tələfat barədə hələlik məlumat yoxdur.