Venesuelada aksiyalarda ölənlərin sayı 16-ya çatdı - Fotolar + Video + Yenilənib

venesuelada-aksiyalarda-olenlerin-sayi-16-ya-catdi
Oxunma sayı: 4060

Venesuelanın paytaxtı Karakasda minlərlə aksiyaçı küçələrə axışıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, etiraz edənlər prezident Nikolas Maduronun həm əleyhdarları, həm də tərəfdarlarıdır.

Onlar şəhərin əsas magistral yolunu bağlayıblar. Aksiyalarda ölənlərin sayı 4 nəfərdir.

*** 

Venesuelada etiraz aksiyalarında ölənlərin sayı 6 nəfərə çatıb.  4 nəfər Barinas ştatında, 2 nəfər isə Taçira ştatında öldürülüb.

Qeyd edək ki, prezident səlahiyyətlərini üzərinə götürən Xuan Quaido ilə prezident Nikolas Maduronun tərəfdarları kütləvi aksiyalara başlayıb.

***

Toqquşmalarda ölənlərin sayı 16-ya çatıb. 70-ə yaxın yaralanın olduğu da bildirilir.

Ölkənin əksər şəhərlərində aksiyalar davam edir.