Venesuelada iğtişaşlar nəticəsində 42 nəfər xəsarət alıb - Foto

Venesuelada iğtişaşlar nəticəsində 42 nəfər xəsarət alıb
Oxunma sayı: 44

Venesuelanın paytaxtı Karakas şəhərində hökumət əleyhinə etiraz aksiyası iğtişaşlarla nəticələnib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə yerli El Nacional qəzeti məlumat yayıb.  

Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. İğtişaşlar nəticəsində 42 nəfər xəsarət alıb.

Qeyd edək ki, iğtişaşlara səbəb Venesuela prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin arasında yaranan gərginlik olub. Belə ki, martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, müxalifətçilər Ali Məhkəmə üzvlərinin istefasını tələb edirlər.














Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi