“Vergi dost”ları rayonda

vergi-dostlari-rayonda
Oxunma sayı: 839




“Qafqazinfo”ya daxil olan məlumata görə, Vergilər nazirinin müşaviri Ələkbər Məmmədov nazirlik tərəfindən ərazi vergilər idarələrinin və Vergi ödəyicilərinə xidmət mərkəzlərinin yerləşdiyi şəhər və rayon mərkəzləri istisna olmaqla, digər kənd və qəsəbələrdə “Vergi dostları” şəbəkəsinin yaradılması barədə məlumat verib. Qeyd olunub ki, indiyədək 11 rayonda fəaliyyət göstərən 307 nəfər “vergi dostu”na müvafiq təlim keçilmiş və sertifikatlar təqdim olunub. “Vergi dostu” olan şəxs yaşadığı ərazidə əhali arasında vergilərə dair məlumatlandırma, maarifləndirmə və təbliğat işlərini həyata keçirir, vergi sistemində tətbiq olunan elektron xidmətlər barədə vergi ödəyicilərini məlumatlandırır, uşaq və gənclərə vergilərin əhəmiyyətini izah edir.
Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov çıxış edərək gənc nəslin vergilər haqqında biliklərinin artırılmasında, şagird və tələbələr arasında vergi mədəniyyətinin formalaşdırılmasında onların öz üzərlərinə götürdüyü öhdəliyin vacibliyi barədə danışıb. Sonra təlimi müvəffəqiyyətlə başa vuran “vergi dostları”na üzvlük sertifikatları, “vergi dostu”nun yaddaş kitabçası və kompyuterlər təqdim olunmuş, onlar əməkdaşlıq barədə öhdəlik vərəqələrini imzalayıblar.