Vergi orqanlarında işləmək istəyənlər - İmtahana hazır olun

vergi-orqanlarinda-islemek-isteyenler
Oxunma sayı: 1714

Dövlət İmtahan Mərkəzi (DİM) Vergilər Nazirliyi ilə birgə 2017-ci il oktyabrın 21-də “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin musabiqəsinin keçirilməsi haqqında» Əsasnaməyə müvafiq olaraq vergi orqanlarına işə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.

DİM-dən “Qafqazinfo”ya verilən məlumata görə, namizədlər 20 oktyabr saat 18:00-dək “İmtahana buraxılış vərəqəsi”ni Vergilər Nazirliyinin inzibati binasından (Bakı şəhəri, Yasamal rayonu, ak. Landau küçəsi 16) götürməlidirlər.

İmtahan saat 11:00-da başlayır və Bakı şəhərində 3 binada təşkil olunacaq.

İmtahanda iştirak etmək üçün 986 namizəd qeydiyyatdan keçib.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 sual qanunvericilik sahəsi üzrə, 10 sual informatika üzrə, 10 sual isə məntiqi nəticə çıxarmaq bacarıqlarının yoxlanılması üçün nəzərdə tutulur. Qanunvericilik üzrə suallar Vergilər Nazirliyi, digər suallar isə DİM tərəfindən hazırlanır.
Müsabiqənin test imtahanı mərhələsinin suallarını (məntiq və informatika sahələri üzrə suallar istisna olunmaqla) özündə əks etdirən ədəbiyyat siyahısı Vergilər Nazirliyinin rəsmi internet saytının (www.taxes.gov.az) “İşə qəbul. Müsabiqələr” bölməsinin müvafiq altbölməsində yerləşdirilib.

İmtahan 3 sааt dаvаm еdəcək. Hər suаl 1 bаllа qiymətləndirilir. İmtаhаn nəticəsində ümumi bаlı 70 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə burахılacaqlar.