Vergi orqanlarının yeni işçiləri nazirliyə gəldi

vergi-orqanlarinin-yeni-iscileri-nazirliye-geldi
Oxunma sayı: 994


“Qafqazinfo” ya daxil olan məlumata görə, Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov yeni işə qəbul olunmuş gəncləri təbrik edərək, onlara yeni işlərində uğurlar arzulayıb. 

İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzində saxladığını vurğulayan nazir müavini əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə aparılan iqtisadi siyasət, onun tərkib hissəsi olan vergi siyasəti, həyata keçirilən vergi islahatları barədə görüş iştirakçılarına məlumat verib.

O vurğulayıb ki, Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanıdır. Bu il dövlət vergi orqanlarında işə qəbulla bağl ıtest imtahanında 1390 nəfər iştirak etmiş, onlardan 76-nəfəri test mərhələsində, 58 nəfəri isə Vergilər Nazirliyində keçirilən müsahibədə uğur qazanaraq vergi xidməti orqanlarında işlə təmin olunmaq imkanı əldə ediblər. Hər bir namizədlə fərdi qaydada müsahibə aparılmış, onların bilik və bacarıqları, ümumi dünyagörüşü və təhlil apara bilmək qabiliyyətləri yoxlanılmışdır. İşəqəbul prosesinin hər iki mərhələsindən keçmiş namizədlər Vergilər Nazirliyinin kadr ehtiyatına daxil edilmişdir. 

O da diqqətə çatdırıb ki, indiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1050-yə yaxın gənc kadr işə qəbul olunmuşdur ki, bu da hazırda vergi orqanlarında çalışan işçilərin təxminən əlli faizinə yaxındır.