Vergilər Nazirliyi elektron xidmətlərinin sayını artırıb

vergiler-nazirliyi-elektron-xidmetlerinin-sayini-artirib
Oxunma sayı: 836


Vergilər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, nazirlik tərəfindən daha 4 yeni xidmətin - “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatı”, “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin onlayn qeydiyyatdan çıxarılması” və ”ƏDV məqsədləri üçün qeydiyyatın onlayn ləğv edilməsi”elektron xidmətlərinin göstərilməsinə başlanılması ilə əlaqədar müvafiq inzibati reqlamentlərin layihələri hazırlanaraq, elektron xidmətlər reyestrinin operatoru funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə razılaşdırılıb.