Vergilər Nazirliyi İcraiyyə Şurasına üzv seçildi

vergiler-nazirliyi-icraiyye-surasina-uzv-secildi
Oxunma sayı: 775



 “Qafqazinfo” xəbər verir ki, Baş Assambleyanın rəsmi açılışında İsveçrənin maliyyə naziri Evelin Vidmer-Şlumpf, İsveçrə Federal Vergi Administrasiyasının rəhbəri Adrian Huq və İsveçrə Federal Vergi Administrasiyasının rəhbərinin müavini - İOTA-nın prezidenti cənab Samuel Tanner çıxış ediblər. Baş Assambleyanın işində Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndə heyəti də iştirak edib. Assambleyada vergilər nazirinin müşaviri Ələkbər Məmmədov “Vergi ödəyicilərinin qanunsuz davranışlarının aşkar edilməsində sosial tərəfdaşlığın rolu” mövzusunda təqdimat edib. 
Baş Assambleyanın inzibati sessiyasında Serbiya Vergi Administrasiyasının rəhbəri İvan Simiç 2013/2014-cü il üçün təşkilatın yeni Prezidenti seçilib. Assambleyada həmçinin növbəti bir illik müddət üçün İOTA-nın İcraiyyə Şurasına seçkilər keçirilib. Ölkəmizin İcraiyyə Şurasına üzvlüyünə namizədliyi irəli sürülüb və təşkilat üzvlərinin səs çoxluğu ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi İcraiyyə Şurasına üzv seçilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi MDB ölkələri arasında İOTA-nın İcraiyyə Şurasına üzv seçilən ilk vergi administrasiyasıdır. Assambleyada Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin rəisi Mətin Kərimli İOTA-nın icraçı katibi Miklos Kok tərəfindən “Baş Əlaqələndirici Şəxs qismində İOTA-ya verdiyi mühüm və dəyərli töhfələrə görə” İOTA-nın mükafatı ilə təltif edilib. 
Assambleyanın işində 43 üzv ölkənin vergi orqanlarının, eləcə də 11 beynəlxalq və regional təşkilatın, o cümlədən, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Beynəlxalq Valyuta Fondu (İMF), Avropa Komissiyası, Dünya Bankı, Amerika Ölkələrinin Vergi Administrasiyaları Mərkəzi (CİAT), Beynəlxalq Vergi və İnvestisiya Mərkəzinin (İTİC) 150-dən çox nümayəndəsi iştirak edib.