Vergilər Nazirliyi kollegiyasının yeni tərkibi təsdiq edildi

vergiler-nazirliyi-kollegiyasinin-yeni-terkibi-tesdiq-edildi
Oxunma sayı: 2847

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, dəyişikliyə əsasən, Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilib:

Kollegiyanın sədri

Vergilər naziri

Kollegiyanın üzvləri

Vergilər nazirinin birinci müavini
Vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
Vergilər Nazirliyinin Vergi siyasəti departamentinin baş direktoru
Vergilər Nazirliyinin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktoru
Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin baş direktoru