Vergilər Nazirliyində gənc kadrlarla görüş

vergiler-nazirliyinde-genc-kadrlarla-gorus
Oxunma sayı: 644

Bu gün Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, bildirilib ki, vergi orqanlarına işə qəbul insan resurslarının inkişaf etdirilməsi istiqamətində mühüm başlanğıc həlqədir. Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanlarındandır və apardığı kadr siyasəti sahəsində uğurlarından biri də işə qəbul sisteminin tamamilə şəffaflaşdırılmasıdır. 2005-ci ildən başlayaraq dövlət vergi orqanlarına işə qəbul test üsulu və müsabiqə yolu ilə keçirilməkdədir. Qeyd olunub ki, namizədlərin sənədlərinin qəbulu 2008-ci ildən elektron formada - internet vasitəsilə həyata keçirilir, informasiya texnologiyalarından geniş istifadə şəffaflığın artırılması və vətəndaşların rahatlığının təmin olunması ilə yanaşı, rayonlarda yaşayan gənclərin paytaxta gəlmədən sənədlərini təqdim etməsinə şərait yaradıb.

Ümumilikdə, vergi orqanlarına işə qəbulla əlaqədar 2005-2017-ci illərdə 12 müsabiqə keçirilib, imtahanlarda 14000 nəfərdən çox namizəd iştirak edib. Müsabiqəni müvəfəqiyyətlə başa buran 1258 nəfər şəxs vergi orqanlarında işlə təmin edilib ki, bu da hazırda vergi orqanlarında xidmət edənlərin 53.5%-ni təşkil edir. İşə qəbulun müsabiqə əsasında təşkili nəticəsində vergi orqanlarında gəncləşmənin təmin edildiyini bildirən nazir müavini, hazırda vergi orqanlarında kadr potensialının mühüm hissəsini gənc və orta yaş qruplarından ibarət olduğunu vurğulayıb. Vergi orqanlarında xidmət keçən vəzifəli şəxslərin təxminən 47.3%-ni yaşı 35-dən az olan şəxslər təşkil edir. Rəhbər vəzifəli şəxslərə münasibətdə bu rəqəm 32.2%-dir.