Vergilər Nazirliyində Kollegiya iclası keçirilib

vergiler-nazirliyinde-kollegiya-iclasi-kecirilib
Oxunma sayı: 645

Nazirliyin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, iclasda qeyd olunub ki, təsdiq edilmiş tədbirlər planına əsasən, 2011-2012-ci illər ərzində elektron xidmətlərin göstərilməsi üçün rəsmi internet informasiya ehtiyatlarında xüsusi elektron xidmət bölməsinin yaradılması, bu bölməyə müraciət edən şəxslər tərəfindən doldurulmuş ərizə və digər sənədlərin surətlərinin elektron formada qəbulu, bununla bağlı təsdiqetmə bildirişinin göndərilməsinin təmin olunması nəzərdə tutulub. Göstərilən xidmətlərə görə rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinin və elektron xidmət bölməsi vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təmin olunması məqsədi ilə zəruri texniki təhlükəsizlik tədbirlərinin cari ilin sonunadək görülməsi də planlaşdırılır. Kollegiyanın qərarı ilə fiziki şəxslərin vergi orqanlarında uçotunun elektron formada həyata keçirilməsi sahəsində təkliflərin hazırlanması və vergilər nazirinə təqdim olunması tapşırılıb.

Nigar Məmmədli