Vergilər Nazirliyinə şikayətlərin sayı azalıb

vergiler-nazirliyine-sikayetlerin-sayi-azalib
Oxunma sayı: 737



“Qafqazinfo” xəbər verir ki, Vergilər Nazirliyinin məlumatına görə, daxil olmuş müraciətlərin 73,7 faizi müsbət həll olunub, 15,5 faizi barədə müvafiq izahatlar verilib, 4,4 faizi əsassız sayılıb 1,4 faizi qismən həllini tapıb, 0,8 faizi aidiyyəti üzrə göndərilib, 4,2 faizi isə icradadı.

Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin faktiki sayı ötən ilin müvafiq dövrünə nisbətən 1,2 faiz azalıb. Onların 33,7 faizi əsassız sayılıb, 39,5 faizi üzrə müvafiq izahatlar verilib, 11,8 faizi müsbət həll olunub, 5 faizi aidiyyəti üzrə göndərilib.

Məlumatda bildirilir ki, ilin birinci yarısında Vergilər Nazirliyində 442 vətəndaş qəbul edilib. Həmin vətəndaşların müraciətlərinin 72,5 faizi maddi yardım, şəxsi və digər məsələlər, 21 faizi vergi orqanlarında işə qəbul, 4,5 faizi iş yerinin dəyişdirilməsi, 2 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliklərindən) şikayətlə əlaqədar olub.

Vergilər naziri Fazil Məmmədov həmin müddətdə Mingəçevir, Sabirabad, Göyçay və Xaçmaz rayonlarında 200 nəfərdən çox vətəndaşı qəbul edib.