Vergilər Nazirliyinin əməkdaşı BMT-nin Ekspertlər Komitəsinə üzv oldu

vergiler-nazirliyinin-emekdasi-bmt-nin-ekspertler-komitesine-uzv-oldu
Oxunma sayı: 994



"Qafqazinfo" xəbər verir ki, təşkilatın baş katibinin qərarı ilə dünyanın müxtəlif regionlarını təmsil edən namizədlər arasından 25 ekspert, o cümlədən Vergilər Nazirliyinin Beynəlxalq münasibətlər idarəsinin Beynəlxalq müqavilələr şöbəsinin rəisi Ülvi Yusifov növbəti 4 illik müddətə həmin komitənin üzvü seçilib.

Komitənin üzvləri müxtəlif dövlətlərdən namizədlikləri irəli sürülmüş mütəxəssislər sırasından 4 il müddətinə seçilir. Komitə il ərzində müxtəlif məsələlər üzrə işləmək, habelə ECOSOC tərəfindən müəyyənləşdirilən uzunmüddətli gündəliyinin tələblərinə uyğun yekun sənədlər hazırlamaq üçün altkomitələrə bölünür. Komitə üzvləri ildə bir dəfə tam tərkibdə BMT-nin Cenevrədəki mənzil-qərargahında 5 günlük sessiyaya yığışaraq ilin yekunlarını müzakirə çıxarır və müvafiq sənədləri təsdiq edirlər.

Azərbaycan MDB məkanında (Rusiya istisna olmaqla) bu komitədə təmsil olunan ilk dövlətdir. Komitənin yeni tərkibində Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Baham, Birləşmiş Krallıq, Braziliya, Cənubi Afrika, Çili, Çin, Hindistan, İsveç, İsveçrə, İtaliya, Malayziya, Meksika, Mərakeş, Norveç, Polşa, Qətər, Qana, Seneqal, Tailand, Yaponiya, Yeni Zelandiya və Zambiyanın da nümayəndələri təmsil olunurlar.