Vergilər Nazirliyinin Tədris Mərkəzi Şamaxıda yaradılacaq

vergiler-nazirliyinin-tedris-merkezi-samaxida-yaradilacaq
Oxunma sayı: 852

Nazirlər Kabinetindən “Qafqazinfo”ya verilən məlumata görə, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi”ndə “Bakı şəhərində” sözləri “Şamaxı rayonunda” sözləri ilə əvəz edilib. Həmçinin, Mərkəz rəisinin birinci müavini, təhsil və elmi tədqiqat və maliyyə-təsərrüfat sahələri üzrə rəis müavinləri və digər vəzifəli şəxslərin Mərkəz rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının vergilər naziri tərəfindən təyin olunacağı qeyd olunub.

Nigar Məmmədli