“Vergilər uşaqların gözü ilə” rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb

vergiler-usaqlarin-gozu-ile-resm-musabiqesinin-qalibleri-mukafatlandirilib
Oxunma sayı: 856

Vegilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, tədbiri T. İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının direktoru Bədayə Ramazanova açıb, rəsm müsabiqəsinin əhəmiyyəti, uşaqların yaradıcılıq təfəkküründə onun oynadığı rol barədə danışıb.

Vergilər Nazirliyinin Aparatının rəhbəri Asif Cahangirov belə rəsm müsabiqələrinin uşaqların dövlətçilik haqqında anlayışlarının genişlənməsinə imkan yaratdığını deyib. Bu əsərlərdə formalaşan kiçik təsəvvürlər gələcək üçün böyük təməldir və cəmiyyətin mühüm zümrəsi olan gənc nəsildə vergi mədəniyyətinin və vergi biliklərinin formalaşmasına xidmət edir.
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət İdarəsinin rəisi Elçin Məmmədov rəsm müsabiqəsində ildən-ilə iştirakçıların sayının artdığını və daha maraqlı işlərin təqdim edildiyini vurğulayıb.

Bu ilki müsabiqədə 200-dən artıq rəsm əsəri nümayiş etdirilib. Sonda müsabiqədə qalib gələn balaca rəssamlar mükafatlandırılıb. Münsiflər heyəti həmçinin asfalt üzərində çəkilən rəsmlərin və inşaların qaliblərini də müəyyən edib.

Tədbirdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) icraçı katibi Marek Velençik də iştirak edib.

Nigar Məmmədli