Vergini ödəyə bilməyənlər üçün yeni üsul

vergini-odeye-bilmeyenler-ucun-yeni-usul
Oxunma sayı: 666

Tədbirlər Planı təsdiq edilib. “Qafqazinfo”nun nazirliyin rəsmi saytına istinadən məlumatına görə, təsdiq olunan tədbirlər planına əsasən, bundan sonra vergi borcunu ödəyə bilməyən vətəndaşların bank hesablarına sərəncam qoyulacaq. Tədbirlər planında göstərilib ki, 2011-2012-ci illərdə Vergi borclarının məcburi alınması işinin təşkili idarəsi, Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil baş idarəsi tərəfindən vergi ödəyiciləri ilə bank idarələri arasında hesabların açılması və borcların büdcəyə alınması məqsədilə hesablara sərəncamların qoyulması barədə elektron məlumat mübadiləsinin aparılması işinin genişləndirilməsi və banklarla inteqrasiya təkmilləşdiriləcək. Həmçinin informasiya əldə edilməsi üçün Daxili İşlər Nazirliyi, Dövlət Statistika Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə inteqrasiyanın genişləndirilməsi və təkmilləşdirilməsi barədə işlərin bu ilin sonuna başa çatdırılacağı göstərilir.

Nigar Məmmədli