Verka Serdyuçka səhnədən gedir

verka-serdyucka-sehneden-gedir
Oxunma sayı: 1499

Ukraynanın xalq artisti Andrey Danilko (Verka Serdyuchka) şou-bizneslə vidalaşır.  “Qafqazinfo” xəbər verir ki, populyar müğənni daha səhnədə çıxış etməyəcək. 

Bu barədə Verkanın özü müsahibəsində bildirib. O, sonuncu dəfə konsert turuna çıxdığını elan edərək bir daha səhnəyə qayıtmayacağını açıqlayıb. 

Müğənni məşhur obrazından da imtina edəcəyini qeyd edib: “Mən hər zaman özümü pis hiss etmişəm. Belə vəziyyətdə rahat olmuram. Buna görə daim içmək lazımdır”. 

Qeyd edək ki, bir neçə ay bundan əvvəl ifaçının səhnədən gedəcəyi barədə Rusiya KİV-lərində məlumat yayılmışdı.