Versal sarayı yaxınlığında güclü yanğın başlayıb - Fotolar + Video

versal-sarayi-yaxinliginda-guclu-yangin-baslayib
Oxunma sayı: 2970

Fransanın Versal şəhərində eyniadlı saray-park kompleksinin yaxınlığında güclü yanğın başlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, yanğın Park de Klanyi küçəsində avtosalondun qarajında baş verib. Alov yaxınlıqdakı yaşayış binalarına sıçrayıb. Sakinlər dərhal təxliyyə olunub. Bir nəfər xəsarət alıb.

Yanğını söndürmək üçün 80 nəfər yanğınsöndürən və 30 ədəd texniki vasitə cəlb olunub.