Vertolyot qəzaya düşdü, məşhur jurnalist öldü

vertolyot-qezaya-dusdu-meshur-jurnalist-oldu
Oxunma sayı: 941

Braziliyanın San-Paul şəhərində ötən gün baş verən vertolyot qəzasında məşhur jurnalist və aparıcı Rikardo Boexat ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qəzadan sonra yanğın başlayıb. Jurnalistlə yanaşı, vertolyotun pilotu da ölüb. 

66 yaşlı Boexat “Jornal da Band” televerilişinin aparıcısı olub, “O Globo” jurnalında icmalçı olaraq çalışıb.