Vertolyot qəzaya düşüb, 6 nəfərdən xəbər yoxdur

Vertolyot qəzaya düşüb, 6 nəfərdən xəbər yoxdur
Oxunma sayı: 905

Tayvan sahillərində vertolyot qəzaya düşüb. Vertolyotun göyərtəsində olan altı nəfərdən isə xəbər yoxdur.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, vertolyot ötən gecə Taydun şəhərindən Lanyu adasına tibbi yardım göstərmək üçün yola düşüb. Geri qayıdarkən əlaqə itib, vertolyot radarlardan itib. Daha sonra məlum olub ki, bilinməyən səbəbdən vertolyot suya düşüb. 

Göyərtəsində iki pilot, bir mexanik, bir tibb işçisi, bir xəstə və onu müşayiət edən şəxs olub. Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi