“Vətən uzaqda deyil” adlı konsert keçiriləcək

veten-uzaqda-deyil-adli-konsert-kecirilecek
Oxunma sayı: 647

Mayın 25-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Vətən uzaqda deyil” adlı konsert keçiriləcək."Qafqazinfo2 xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyilə keçirilən konsert Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və 28 May – Azərbaycan Demokratik Respublikasının yaradılmasının 101-ci ildönümünə həsr edilir.

Konsertdə Sergey Rahmaninovun piano və orkestr üçün 3 nömrəli konserti (piano – İslam Manafov, dirijor – Abuzər Manafzadə), Jud Fridman və Alan Riçin “Run to You”, Rauf Hacıyevin “Azərbaycan” (vocal – Karen Danger-Manafzadə, dirijor – Turan Manafzadə), Abuzər Manafzadənin balaban və simfonik orkestr üçün konsert kimi əsərlər ifa olunacaq.

Musiqiçiləri balaban və zərb alətlərində Nicat Məsimov və Mehman Xalıqzadə müşayiət edəcəklər.

Tədbir saat 19:00-da başlayacaq.