“Vətəndaş problem içindədir...” - Siyavuş Novruzov

“Vətəndaş problem içindədir...”
Oxunma sayı: 4881

“Kommersiya bankları problem yarananda vətəndaşı dövlətin üzərinə göndərir. Ancaq banklar on illərlə pul qazanıblar. İndi vətəndaş probemin içindədir, ona kömək etmək lazımdır”

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentdə büdcə zərfinin müzakirəsində səsləndirib. 

O qeyd edib ki, banklar  manatla vətəndaşa 28-30 faizlə kredit verir: “Bunlara ciddi nəzarət olmalıdır ki, yaratdığı problemləri özləri həll etsin”. 

Bundan əlavə deputat siyasi partiyalara ayrılan vəsaitin artırılmasını təklif edib: “Seçki ilində siyasi partiyaların xərcləri də çox olur. Ona görə də siyasi partiyalara ayrılan vəsait bir neçə dəfə artırılsın”. 

Bəzi ölkələrdə səfriliklərin bağlanmasına gəlincə isə o vurğulayıb ki, səfirliklər harda lazım deyilsə orada bağlansın: “Məsələn, Baltikyanı ölkələrdə 3 səfir var. Amma Avstraliyada bir səfirimiz var idi. Onu da bağladılar”.

Onun sözlərinə görə, ölkəmizdə çoxlu sayda böyük obyektlər tikilib: “Belə obyektlər idman, səhiyyə, təhsil, mədəniyət sahəsində də var. Bunların işlədilməsi yanaşı onların saxlanlması üçün büdcədən vəsait ayırırıq. Onların işlənmə mexanizmnini elə edək ki mərkəzi büdcədən ora vəsait ayrılmasın”.

 Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi