Vətəndaşlar ehtiyatsız davrandı, meşədə yanğın oldu - Foto

Vətəndaşlar ehtiyatsız davrandı, meşədə yanğın oldu
Oxunma sayı: 536

Bu gün saat 16 radələrində Bakı-Quba yolunun Şabran rayonundan keçən hissəsində, bələdiyyə torpağında quru ot örtüyündə başlamış yanğın güclü külək nəticəsində sonradan Şabran Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin yol kənarındakı “terras” adlanan ərazisinə keçib. 

Ekologia və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, naməlum səbəbdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şabran rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib. Yanğının əhatə etdiyi ərazi hündür yamaclıqdan ibarət olduğundan əsasən əl əməyindən istifadə edilməklə həyata keçirilən intensiv tədbirlər nəticəsində yanğın saat 18-30 radələrində söndürülüb. İlkin hesablamalara görə, yanğın ətrafdakı bələdiyyə torpaqlarında xeyli sahəni əhatə etsə də, meşə torpaqlarına aid təxminən 15 hektar ərazidə quru ot örtüyü və kol-kos yanıb, ağaclara ziyan dəyməyib. 

Yanğının yol kənarından keçən vətəndaşların odla ehtiyatsız davranması səbəbindən baş verməsi ehtimal edilir. Yanğının baş vermə səbəbinin dəqiqləşdirilməsi və dəymiş ziyanın həcminin müəyyən olunması üçün araşdırmalara başlanılıb. 
     



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi