Vətəndaşlar nazirdən kredit istədi

vetendaslar-nazirden-kredit-istedi
Oxunma sayı: 858


“Qafqazinfo”nun məlumatına görə, şəhər 2 nömrəli tam orta məktəbin binasında keçirilən qəbulda Balakən, Zaqatala və Qax rayonlarından olan vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin həlli üçün nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların əksər müraciətləri yerindəcə həll edilib. Araşdırma tələb olunan, eləcə də nazirliyin fəaliyyət istiqamətinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə müvafiq tədbirlərin görülməsi və aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Zaqatalada keçirilən qəbulda nazir Şahin Mustafayev 100-dək vətəndaşı qəbul edib. Müraciətlər əsasən sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, bitkiçilik, heyvandarlıq, quşçuluq və balıqçılıq, mebel, plastik qapı-pəncərə, qənnadı məhsullarının istehsalı, meyvə emalı, kəndin qazlaşdırılması, kəndlərarası körpünün tikintisi, sosial və digər məsələlərlə bağlı olub.

Arıçılıq, quşçuluq, heyvandarlıq, taxılçılıq, meyvə və süd emalı, çörək istehsalı və sair sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi barədə müvafiq göstərişlər verilib.