Vətəndaşları məcburi işlədənlər cinayət məsuliyyəti daşıyacaq

Vətəndaşları məcburi işlədənlər cinayət məsuliyyəti daşıyacaq
Oxunma sayı: 962

Prezident İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

“Qafqazinfo”nun məlumatına görə, dəyişikliyə əsasən, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinə “təqsirkar olan şəxslər” sözlərindən sonra “cinayət məsuliyyətinə” sözləri əlavə edilir.

Əlavə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa (məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, hərbi xidmət, hərbi və fövqəladə vəziyyət zamanı) vətəndaşların məcburi əməyə cəlb edilməsində təqsirkar olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutur.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi