Vətəndaşların pulunu mənimsəyən lombard sahibi yoxa çıxıb

vetendaslarin-pulunu-menimseyen-lombard-sahibi-yoxa-cixib
Oxunma sayı: 2117

Bakıda “Lombard”dan qızıl qarşılığında pul götürən şəxslər indi qızıllarını geri ala bilmir.

"Qafqazinfo"nun Baku TV-yə istinadən xəbərinə görə, şikayətçilər deyir ki, lombard sahibləri mağazanı bağlayıb, zənglərə isə cavab vermirlər.  

Sakinlər deyirlər ki, həmin şəxslər 100-ə yaxın vətəndaşı aldadıb. Adıçəkilən lombardın sahibini tanıdığını deyən Zəminə Məhərrəmova bildirir ki, həmin qadın ona qarşı da dəfələrlə dələduzluq edib.