“Vətəndaşlığım olmadan Kiyevdə yaşayacağam” - Saakaşvili

vetendasligim-olmadan-kiyevde-yasayacagam
Oxunma sayı: 634

Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukrayna vətəndaşlığından məhrum olunacağı təqdirdə Kiyevdə qalacağını bəyan edib.

“Qafqazinfo”nun “Gazeta.ru”ya istinadən verdiyi məlumata görə, müvafiq bəyanatı Saakaşvili prezident Petro Poroşenko onun Ukrayna vətəndaşlığından çıxarılması ilə bağlı fərmanı imzalamazdan öncə verib.

“Burda, Kiyevdə yaşamağa davam edəcəyəm, heç bir problem yoxdur. Kiyevdə vətəndaşlığım olmadan qalacağam. Maydanda gəzəcəyəm”, - deyə M. Saakaşvili söyləyib.