“Vətəni tanı” davam edir

veteni-tani-davam-edir
Oxunma sayı: 656

Xətai rayonu 27 saylı orta məktəbdə baş tutan tədbirin açılış mərasimində çıxış edən ARGTMŞ-ın Sosial və Humanitar departamentinin sədri, işçi qrupunun rəhbəri Əligül Ağayev bildirib ki, kampaniyanın məqsədi ölkə başçısı cənab İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə nümayişinin təşkili, bir daha dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun çatdırılması, Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəmizi təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdır.

İşçi qrupu Xətai rayonundan sonra Binəqədi rayonunda da tədbir keçirilib. Rayonun 83 saylı orta məktəbdə baş tutan yarışmada gənclər Azərbaycan xəritəsini toplayıblar.

Qeyd edək ki, Kampaniyaya rəsmi olaraq Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi dəstək verir. Həmçinin “AVA” Skandinaviya klinikası, FİXED Borders kampaniyaya dəstək verir.