Veteran futbolçuya baş məşqçi təklifi edilib

veteran-futbolcuya-bas-mesqci-teklifi-edilib
Oxunma sayı: 633

Azerisport.az xəbər verir ki, son mövsümü “Sumqayıt”da keçirən təcrübəli pleymeyker daha bir il futbol oynamaq arzusunda olsa da, onun məşqçilik fəaliyyətinə başlaması üçün də yaxşı şans var.

Məsələ burasındadı ki, hazırda Gəncənin “Tərəqqi” klubu Mahmuda baş məşqçi olmaq təklifi ilə müraciət edib. Danışıqlar hələ ki, davam edir. Qurbanov bu təklifi dəyərləndirmək üçün qarşı tərəfdən vaxt istəyib. Onun məşqçilik, yoxsa futbolçu karyerasını üstün tutacağı yaxın zamanda bəlli olacaq.

Qeyd edək ki, “Tərəqqi” birinci divizionda çıxış edir. Bu komanda geridə qalan mövsümdə 14 komanda arasında 9-cu olmuşdu.