Veteranlar Birliyinin sədrinə cəza istənildi

Veteranlar Birliyinin sədrinə cəza istənildi
Oxunma sayı: 846

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən Məhəmməd Vəliyev və Cavan Əhmədova cəza istənilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək hər iki şəxsə şərti cəza verilməsini və onların həbs edilməməsini xahiş edib. 

Proses mayın 23-də davam etdiriləcək. 

Təqdirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamada ittiham edilirlər. Dövlət tərəfindən veteranlara ayrılan torpağı adıçəkilən iki şəxs tərəfindən onlara və kənar şəxslərə satılıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi