Veteranlara dələduzluq edən hakim qarşısına çıxarıldı

Veteranlara dələduzluq edən hakim qarşısına çıxarıldı
Oxunma sayı: 527

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən Məhəmməd Vəliyev və Cavan Əhmədovun məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası keçirilib.

Prokuror ittiham aktını elan edib. Hər iki şəxs özünü təqsirli bilmədiklərini deyiblər.

Şahid, Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin Nərimanov rayon təşkilatının sədri Arif Əsgərov deyib ki, 1985-1987-ci illərdə Əfqanıstan müharibəsində döyüşüb: “Mən Nizami rayonunda qeydiyyatda olsam da, Suraxanıda bataqlıqda torpaq verdilər. Etiraz etdim, 2010-cu ildə 3 min manat verdim ki, Nizami rayonundan torpaq versinlər. 3 il sonra bildim ki, həmin torpaqlar bizə pulsuz verilməlidir. Məhəmməd Vəliyevin oğlu makler kimi bütün torpaqları satıb. Mən bu işdə şahid yox, zərərçəkmiş olmalı idim. Ərizəmi də bu formada yazmışam”.

Hakim bildirib ki, cinayət işi rüşvət vermə maddəsi olduğu olduğu üçün zərərçəkmiş yox, şahid kimi tanınıblar.

Şahid Azad Əliyev də 4 sot torpaq üçün 8800 manat verdiyini deyib: “Mən ona dedim ki, çox pul aldın. Dedi özün bilərsən, istəsən də belədir, istəməsən də”.

Proses martın 7-də davam etdiriləcək.

Təqdirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamada ittiham edilirlər. Dövlət tərəfindən veteranlara ayrılan torpağı adıçəkilən iki şəxs tərəfindən onlara və kənar şəxslərə satılıb. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi