Veteranlarımız rusların əvəzinə ermənilərlə oynayıb

veteranlarimiz-ruslarin-evezine-ermenilerle-oynayib
Oxunma sayı: 642

“Qafqazinfo” Fanat.az-a istinadən xəbər verir ki, rəqib komandanın heyətində ermənilər çıxış edib.

Belə ki, “Lujniki” stadionunun yardımçı meydançasında baş tutan və Bakı ermənisi Aleksandr Mirzoyanın kənardan göstəriş verdiyi oyunda Rusiyanın futbol veteranlarının sırasında Valeri Xaçanyan, Karen Safarov, Ernest Markarov yer alıb.

Azərbaycan Futbol Veteranları İttifaqının prezidenti Oqtay Abdullayevin məsələyə münasibətini öyrənmək mümkün olmayıb. Bununla bağlı qurumun vitse-prezidenti Rüstəm Rəhimov danışıb: “Görüş dostluq xarakteri daşıyırdı. Bu üzdən hansısa adlara görə qarşı tərəfə etiraz bildirmək mümkün deyildi. Çünki buna səlahiyyətmiz çatmırdı. Nə olsun ki? Başqa idman növlərində də bizimkilər ermənilərlə üz-üzə gəlir. Başa düşürəm, bu Rusiya ilə Azərbaycan arasındakı dostluq görüşü idi. Ancaq bu adamlar Rusiya Futbol İttifaqında müxtəlif vəzifələri tutur.
Həmçinin onlar Rusiya vətəndaşı saylırlar. Üstəklik, Ernest Markarovun atası vaxtilə “Neftçi”nin futbolçusu olub. Biz də azərbaycanlı olaraq onların bizə qarşı oynamasını istəmirik. Bir də ki, həmin matçda yalnız Eduard Markarovun oğlu Ernest Markarov son 10 dəqiqədə meydana çıxıb. Digər ermənilərin adı siyahıda olsa da, oyunda iştirak etməyib.

Həmçinin, ruslar əvvəlcədən bizə iştirakçıların siyahısını göndərməmişdi. Bunu Moskvaya çatandan sonra bilmişik. Vaxtında məktub gəlsəydi, etiraz edərdik. Ermənilərdən yalnız Mirzoyan görüşdən sonra “Lujniki”nin VİP restoranında keçirilən tədbirdə ötən illər haqqında xatirələrini bölüşdü. Bizdən isə Ələkbər Məmmədov öz ürək sözlərini çatdırdı. Sonra SSRİ vaxtı baş tutan oyunları xatırlayıb, söhbətləşdik. Həmçinin Rusiyada yaşayan veteran futbolçu Valeri Şevçenko da həmin məclisə təşrif buyurmuşdu. Ancaq Bakıda baş tutan oyunda erməni olmayacaq. Buna heç imkan da vermərik. Onlar özləri də cürət edib, Bakıya gəlməzlər”.