Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət almaqda təqdirləndirilən Məhəmməd Vəliyev və Cavan Əhmədovun məhkəməsi keçirilib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə şahid Arzuman Həsənov deyib ki, veteranlara ayrılan torpaqlardan almaq üçün 30 min manat verib: "Sonra bildim ki, həmin yer veteranlara veriləcək, mən də aldığım qiymətə satdım".
A.Həsənov Almaniyada hərbi xdimətdə olub, daha sonra Qarabağda döyüşdüyünü bildirib: "Amma Əfqanıstan Veteranları İctimai Birliyinin üzvüyəm".
O istintaqa ifadəsində pulu birliyin idarə heyətinin üzvü Ənvər adlı şəxsə verdiyini desə də, məhkəmədə bunu təkzib edib.
Şöhrət Əliyev isə 6 sot torpaq üçün C. Əhmədova 6 min, bələdiyyə sədrinə 2500 manat verdiyini bildirib.
Təqdirləndirilən şəxslərdən – M.Vəliyev Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyinin sədri, C.Əhmədov isə sədr müavini olub. Onlar rüşvət alma, dələduzluq, vəzifə saxtakarlığı və saxta sənəd hazırlamada ittiham edilirlər. Dövlət tərəfindən veteranlara ayrılan torpağı adıçəkilən iki şəxs tərəfindən onlara və kənar şəxslərə satılıb.
Murad Əhməd