Vəzifəlilərdən hesabat sorulacaq

vezifelilerden-hesabat-sorulacaq
Oxunma sayı: 644

«APA-ECONOMICS»in məlumatına görə, bu, prezident İlham Əliyevin təsdiqlədiyi «Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı»nda maraqlar toqquşmasının qarşısının alınması üçün yeniliklərdə nəzərdə tutulur.


Bu addımlardan biri vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamənin elektron formada təqdim edilməsi olacaq. Sənədə əsasən, Nazirlər Kabineti, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya bununla bağlı təklifləri 2013-cü il ərzində hazırlamalıdırlar.