“Vəzifəmdən getmək fikrim yoxdur” - - Prezident

vezifemden-getmek-fikrim-yoxdur-
Oxunma sayı: 3119


Anspress-in məlumatına görə, bu fikirləri Özbəkistanın 76 yaşlı prezidenti İslam Kərimov deyib.

Özbəkistan prezidenti Səmərqənddə keçirilən beynəlxalq konfransda çıxış edib. İslam Kərimovun çıxışında maraqları məqamlara toxunub: 

“Mən o kəslərdənəm ki, uzun zaman vəzifədə olduğum üçün həmişə tənqid olunuram. Məni tənqid edirlər, mən isə dayanmaq fikrində deyiləm, işləmək istəyirəm. Bunun nəyi pisdir ki?”

Onun bu çıxışı hər dəfə olduğu kimi alqışlarla müşaiyət olunub.

Qeyd edək ki, gələn ilin mart ayında Özbəkistanda növbəti prezident seçkiləri keçirilməlidir.