VHP-çilər Arif Hacılının həbsindən narahatdır

vhp-ciler-arif-hacilinin-hebsinden-narahatdir
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, VHP təşkilat şöbəsinin müdiri Samir Əsədlinin sədrliyi ilə keçirilən müşavirədə təkrar bələdiyyə seçkisində iştirak, partiyanın qarşıdan gələn 20 illik yubileyinə və qurultayına hazırlıq məsələləri müzakirə edilib.

Partiyanın Qərb bölgəsi üzrə koordinatoru Nəsimi Tovuzlu regiondakı ictimai-siyasi və sosial vəziyyətlə bağlı ətraflı məlumat verib. Daha sonra təşkilat sədrlərinin hesabat xarakterli məruzələri dinlənilib.

Müzakirələrdə 2 aprel mitinqi zamanı həbs olunanların taleyindən narahatlıq ifadə edilib. Bildirilib ki, dinc aksiyaya görə insanların həbsi Azərbaycan dövlətinin imicinə ciddi zərbə vurmaqla yanaşı, ölkə tarixinə qara səhifə kimi düşür və iqtidar bu ləkənin təmizlənməsi üçün özündə cəsarət tapmağı bacarmalıdır. Xüsusilə Müstəqilliyin Bərpası haqda Aktın qəbul olunmasının 20-ci ildönümündə İstiqlalçı deputat Arif Hacılının həbsdə yatmasının bölgədə narahatlıqla qarşılandığı vurğulanıb.

Sonda yerli təşkilatların fəaliyyəti qənaətbəxş qiymətləndirilib və təkrar bələdiyyə seçkilərində iştirakla bağlı yekdil qərar verilib.


Fatimə Kərimli