VHP-dən “Türküstan”a təbrik gəldi

vhp-den-turkustana-tebrik-geldi
Oxunma sayı: 677

“Qafqazinfo”nun məlumatına görə, partiya 5 yaşı olan qəzeti çoxsaylı və müxtəlif profilli Azərbaycan mediası arasında öz dəsti xətti və mövqeyi ilə bütün digər mətbu nəşrlərdən fərqləndiyini, qısa zaman ərzində öz sözünü deməyi bacardığını qeyd edib: “Böyük Türk dünyasının həm coğrafi, həm də mənəvi baxımdan qızıl körpüsü sayılan Azərbaycanda Türkün özünün və sözünün ifadəçisi kimi meydana çıxan “Türküstan” qəzeti Anadoludan Uzaq Şərqə qədər böyük bir coğrafiyanın tarixi, mədəniyyəti və bu günkü həyatı haqda daim xəbərlər verməklə, sözün həqiqi mənasında qəzet səhifələrində bir “Türküstan” yaradıb. Bu baxımdan qəzet tək Azərbaycanda yox, Asiyanın bu başından o başına hər bir türk millətçisinin ürək çırpıntısının ifadəçisinə çevrilib”.

VHP bir daha “Türküstan” qəzetini 5 yaşının tamam olması münasibəti ilə təbrik edib, qəzetin kollektivinə uğurlar və müqəddəs işlərində uğurlar diləyib.