VHP təhsil haqlarının artırılmasına etiraz etdi

vhp-tehsil-haqlarinin-artirilmasina-etiraz-etdi
Oxunma sayı: 639

“Qafqazinfo”nun məlumatına görə, o açıqlamasında bildirib ki, minimum əməkhaqqı 85, orta yalıq əmək haqqı 340 manat hesab olunan Azərbaycanda ən yuxarı təhsil haqqı 2500 manatdırsa, orta aylıq əməkhaqqı 310 dollar olan Gürcüstanda dövlət sifarişli yerlərdə təhsil haqqı maksimum 1800 dollardır: “Özəl universitetlərdə belə yüksək təhsil haqlarını bəlkə də başa düşmək olar, amma dövlətə məxsus tədris müəssisələrində ödənişlərin fantastik qiymətdə olması anlaşılan deyil”. İxtisasların qiymətinin kim tərəfindən və necə hesablanması qeyri-müəyyən olduğunu deyən VHP rəsmisi vurğulayıb ki, bu gün dövlət müəssisələrində təhsil haqlarının formalaşmasında xaos hökm sürür.
V. Həsənli qeyd edib ki, qüvvədə olan normativ-hüquqi aktlar aşkarca deyir ki, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməlidir. Amma 2004-cü ildən 2010-cu ilədək ödənişlərin 5 dəfə qalxmasına baxmayaraq, şuranın qəbul etdiyi qərarlar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur: “Qiymətlərin qalxdığı yalnız Təhsil Nazirinin bəyanatı ilə baş verir. Son baş verənlər isə əhalinin aşağı təbəqəsinə aid abituriyentlərin konkret olaraq ödənişli təhsildən məhrum edilməsidir. Bu isə gələcəyə yönəlik çox böyük təhlükə deməkdir”.

Fatimə Kərimli