“Vicdansız insanların qurbanı oldun” - Rəvanın ikinci xanımı

“Vicdansız insanların qurbanı oldun”
Oxunma sayı: 5484

Xəbər verdiyimiz kimi, müğənni Rəvan Qarayev ikinci həyat yoldaşı Günay Rəhimovadan boşanıb. O, “Show time” verilişində subay olduğunu, artıq qızları üçün yaşayacağını bildirib:

“Mən artıq subayam. Ailəli olanda insan istər-istəməz evə gec gəlmir. Amma mən ailə qurmadan öncə də belə idim. Gecə saat 10-11 mən evdə oluram. Çünki çox gəzən ayağa daş dəyər. Yenidən ailə qurmaq fikrim yoxdur. Bundan sonra qızlarım üçün yaşayacam”.

“Qafqazinfo” xəbər verir ki, G.Rəhimova Rəvanın fikirlərinə sosial şəbəkədə etiraz edib. O, sənətçinin açıqlamasına şərh yazaraq onu tənqid edib:

“Sən evə gec gəlmirdin. Evin yolunu tapırdın ki? Bilən hər şeyi bilir, özünü güldürmə. Sənə yazığım gəlir, Allah kömək olsun. Öz fikrin yoxdur, vicdansız insanların qurbanı oldun. Əsl kişi ailəsinə və qızına sahib çıxar. Daha özünə kolleksiya düzəltməz. Sən Allah, üçüncü dəfə də evlən. Atanla, anan onun da baş-beynini yesin. Ay Rəvan, danışdığına özün inanırsan? Çox danışma, batırsan”. 

Rəvanın xanımı daha sonra paylaşıma yazdığı rəyləri silib. 

“Qafqazinfo” məsələ ilə bağlı Rəhimova ilə əlaqə saxlayıb. O, bu dəfə açıqlamasında Rəvanla münasibətlərinin normal olduğunu bildirib:

“Biz Rəvanla hörmətli bir şəkildə ayrılmışıq. Münasibətimiz normaldır. Valideynləri barədə heç nə dnaışmaq istəmirəm. Allah xoşbəxt eləsin, uğurları bol olsun”.





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi