Vicdansızlıq

vicdansizliq
Oxunma sayı: 652

Bir andaca kişınin sifəti işıqlandı: “Bir yerim var, otursun gedək”.

İşimi ehtiyatlı tutmaq istəyirdim. Odur ki, sürücü ilə şərti bəri başdan kəsdim: “Uşaq türk liseyində oxuyur. Onu liseyə aparacaqsanmı?”

İki barmağını gözünün üstünə qoyub, belə dedi: “Mənim gözüm üstdə”. Sonra isə məni arxayın salmaq üçün əlavə izahat verdi: “Mənim evim də türk liseyinin yanındadır. Sənin uşağını öz balam kimi aparıb, sağ-salamat müəllimlərinə təhvil verəcəm”.

Taksilər Bakıdan Şirvana adamın birini beş manata apardıqları üçün əlimi cibimə salıb, bir “beşlik” çıxardım. Pulu sürücünün ovcuna basandan sonra ondan soruşdum: “Ağsaqqal, başqa bir qulluğun varmı?” Gözlədiyim cavabı verdi: “Qulluq sahibi olasınız”.

Sonra isə Şahinin çantasını maşının baqajına yerləşdirib, yenidən mənə üz tutdu: “Müəllim, ürəyiniz arxayın olsun. Elə bilirəm ki, öz blamı Şirvana aparıram. Uşağınızı özüm aparıb müəllimlərinə təhvil verəcəyəm”.

Bir neçə saniyə sonra mühərrik işə düşdü. Maşın yerindən tərpənəndə Şahini yaxşı bir Allah bəndəsi ilə yola saldığım üçün sinədolusu nəfəs alıb, evə qayıtdım...

Həmişə olduğu kimi, gecə saat 11-də Şahin yenə zəng etdi. Bu dəfə necə getdiyini soruşanda, belə dedi: “Yaxşı gəldik. Amma bura çatanda dayı məndən bir manat aldı”. Şahinə sürücünün pulunu avtovağzalda verdiyimi xatırladanda, belə cavab verdi: “Dedi ki, mənə çörəkpulu qalmır. O qədər çox danışdı ki, axırda ondan canımı qurtarmaq üçün çıxarıb bir manat verdim”.

Söhbətə mən nöqtə qoydum: “Yaxşı eləmisən. Pulun qurtaranda xəbər elə, göndərim”.

Şahinlə çoxdan sağollaşsam da, heç cür özümə gələ bilmirdim. Taksi sürücüsünün mobil telefonunun nömrəsini götürmədiyim üçün çox peşman idim. Əgər onun nömrəsini götürmüş olsaydım, heç olmasa dişimin dibindən çıxanı deyib, ürəyimi boşaldardım...

Dünən bu hadisəni redaksiyada iş yoldaşlarıma nəql edəndən sonra bir qədər emosional tərzdə soruşdum: buna nə ad vermək olar? Hamı bir ağızdan dilləndi: vicdansızlıq! Elə mən də bu cür düşünürəm. 12 yaşlı uşağa təzyiq edib, ondan bir manat qoparmağın başqa adı yoxdur.

Mən həmişə nəqliyyat naziri Ziya Məmmədovun taksi sürücülərinin hüquqlarını pozmasına sərt reaksiya vermişəm. Bundan sonra da Ziya Məmmədovun və ərköyün oğlunun zavallı taksi sürücülərinə zülm etməsinə göz yummayacağam. Amma bazar günü bir həqiqəti çılpaqlığı ilə dərk etdim: Şahini yola saldığım taksi sürücüsünün əlinə səlahiyyət keçsə, o, Ziya Məmmədovdan da əzazil olar...