Vidadi Bərdəlinin oğlu saxlanıldı

vidadi-berdelinin-oglu-saxlanildi
Oxunma sayı: 11729

Mərhum müğənni Vidadi Bərdəlinin oğlu həbs edilib.

"Qafqazinfo" Unikal.org-a istinadən xəbər verir ki, dünən Yasamal rayon polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı Tuncay Vidadi oğlu Vəliyevin üzərindən narkotik maddə aşkarlanıb. Sonradan polis saxlanılan şəxsin Binəqədi rayonundakı mənzilində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Qeyd edək ki, polis tərəfindən saxlanılan Tuncay Vidadi oğlu Vəliyev əvvəllər Cinayət Məcəlləsinin qəsdən sağlamlığa zərərvurma maddəsi ilə məhkumluq həyatı yaşayıb.

***

Müğənni Aytac Bərdəli "Qafqazinfo"ya açıqlamasında deyib ki, T. Vəliyev onun doğma qardaşı deyil: 

“Həbs olunan Tuncay adlı şəxs mənim doğma qardaşım deyil. Bizim onlarla və ailəsi ilə salam-sağ olumuz belə yoxdur. Nə xoş, nə də şər məclislərdə qarşılaşmırıq. Öz  doğma qardaşım heç siqaret, qəlyan çəkmir. O ki, qaldı pis vərdişlərin aludəçisi ola! Bütün mediadan xahiş edirəm ki, xəbər yazarkən diqqətli olsunlar. Reytinq xətrinə belə addım atmasınlar. Qız övladı böyüdürəm, gözəl ailəm var. Bunları nəzələ alsınlar”.