Vidadi Bərdəlinin oğlunun işinə yenidən baxılacaq

vidadi-berdelinin-oglunun-isine-yeniden-baxilacaq
Oxunma sayı: 2071

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Tuncay Vəliyev və Fərman Ocaqquliyevin məhkəməsi yenidən start götürüb.

 “Qafqazinfo”nun verdiyi xəbərə görə, mart ayında prosesin ilk iclası keçirilsə də, cinayət işində kobud prosessual pozuntular aşkarlanmışdı. Buna görə də hakim Azad Məcidov cinayət işinin yenidən araşdırılması, bu pozuntuların aradan qaldırılması üçün işi ibtidai istintaqa qaytarmışdı. Təxminən bir ay sonra prokurorluq cinayət işini təkrar tamamlayaraq yenidən məhkəməyə göndərib. Bu dəfə də iş eyni hakimin sədrliyi ilə araşdırılacaq. İlk iclas aprelin 26-na təyin edilib.

İttihama görə, əvvəllər məhkum olunmuş T.Vəliyev və F.Ocaqquliyev 2018-ci il iyunun 7-də, gecə saat 3 radələrində Nəsimi rayonunun Ə.Topçubaşov küçəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəşad Hüseynovu taksi kimi fəaliyyət göstərdiyi avtomobilində bıçaqlayaraq qətlə yetiriblər. 

T.Vəlizadənin yaşadığı evdən narkotik vasitə olan heroin və ambunika aşkar edilərək götürülüb. Qeyd edək ki, T.Vəliyev mərhum müğənni Vidadi Bərdəlinin oğludur. Tuncay bir müddət müğənni kimi fəaliyyət göstərib. 

Murad Əhməd