“Vikiliks”in yaradıcısı Ekvadora sığındı

vikiliksin-yaradicisi-ekvadora-sigindi
Oxunma sayı: 635

“Qafqazinfo”nun “Media forum”a istinadən verdiyi məlumata görə, nazir deyib ki, İsveçdə Culian Assanja irəli sürülən ittihamlar çox gülməlidir.

Böyük Britaniyada məhkəmə Culian Assanjın İsveçə ekstradisiya olunması haqda qərar verib. Avstraliyalı proqramçı İsveçdə seksual xarakterli cinayətlər törətməkdə günahlandırılır. Culian Assanj ittihamları rədd edir və siyasi təqibə məruz qaldığını bildirir.

Culian Assanj iyunun 19-da Ekvadordan siyasi sığınacaq istəyib. Hazırda Culian Assanj Ekvadorun Londondakı səfirliyindədir. Ekvador hökuməti Londondakı səfirini məsləhətləşmələr üçün ölkəyə çağırıb.

İyulun 4-də bu məsələyə toxunan Ekvadorun xarici işlər naziri Rikardo Patino hələlik Culian Assanja sığınacaq vermək qərarının qəbul olunmadığını deyib.

Qeyd edək ki, 2010-cu ildə “Vikiliks” saytı ABŞ-ın diplomatik və hərbi dairələrinə aid 250 mindən artıq məxfi sənədi dərc edib. Culian Assanj İsveçin onu ABŞ-a təhvil verəcəyindən ehtiyatlanır. O, məxfi informasiyaları yaydığına görə ömürlük həbsə məhkum olunacağını düşünür.