Viktoriya Bekhem niyə gülmür?

viktoriya-bekhem-niye-gulmur
Oxunma sayı: 5303

Sonuncu dəfə əri Devid Bekhemlə Şahzadə Henrinin toyunda görüntülənən Viktoriya Bekhemin ciddi üz ifadəsi ilə verdiyi pozalar mətbuatda dərc edilib. 

“Qafqazinfo” xəbər verir ki, dostları ilə qatıldığı tədbirdə, əyləncəli məkanlarda həmişə sərt görünüşdə olan Viktoriyanın gülmədiyinin səbəbi hər kəsi maraqlandırmağa başlayıb. 

Yaxın tarixə nəzər salsaq moda ikonası və dizayner 3 il bundan əvvəl “Vogue” jurnalına mövzu ilə bağlı açıqlama vermişdi. O, daxilən güldüyünü söyləmişdi. Həmin dövrdə modelyerin dişləri ilə bağlı kompleksinin də olduğu iddia edilmişdi. 

Lakin Viktoriya bu şayiələrə son qoymaq üçün Ceyms Corderin aparıcılıq etdiyi “The Late Late Show” proqramına qatılıb. Bekham deyib ki, moda onun gülüşünü yox edib:

“Bu mövzuda mənə çox sual verirlər, hamı müzakirə edir. İnsanlar mənim çox acınacaqlı vəziyyətdə olduğumu düşünürlər. Moda mənim gülüşümü oğurlayıb, yox edib”.