“Viktoriya Sekret”in modelləri sevgilidir?

“Viktoriya Sekret”in modelləri sevgilidir?
Oxunma sayı: 1609

Amerikalı model Bella Hadid belçikalı həmkarı Stella Maksvell ilə öpüşdüyü iddia edilib. “Qafqazinfo” The Sun qəzetinə istinadən xəbər verir ki, 21 yaşlı model Londonda keçirilən dəfilədən sonra özəl bir şənlikdə iştirak edib. 

Bella gecəyə 27 yaşlı rəfiqəsi ilə birgə qatılıb. “Viktoriya Sekret”in “mələk”ləri alkoqol qəbul etdikdən sonra öpüşməyə başlayıblar.

Hadisə lentə alınmasa da, qəzetə yaxın bir mənbə cütlüyün  münasibətdə olduğunu iddia edib. 

Daha sonra gecə klubundan çıxan cütlük sözügedən mövzu ilə bağlı verilən suallara cavab vermək istəməyib.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi