“Villanın puludur...” - Oğlunun evindəki pullardan danışdı

villanin-puludur
Oxunma sayı: 3892


“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, nazir oğlunun evindən çıxan pullarla bağlı danışaraq həmin pulların Barış Gülərin villasının satışından əldə edilən gəlir olduğunu bildirib:

“Mənim oğlum dünyanın ən təmiz insanlarından biridir. O pullar oğlumun Bahçeşehirdəki villasının satışından əldə edilən pulllardır. Bütün sənədləri də məhkəməyə təqdim edilib. Satış zamanı ipoteka problemi yaşanıb. Beləliklə də pulların banka qoyulması zamanı mənbəyinin göstərilməsi mümkün olmayıb. Bu səbəbdən 1 milyon 200 min dollarlıq ipotekanın həll edilməsi üçün gözləyiblər".