Villasından qızılları aparıldı - Oğru xadiməsi imiş

villasindan-qizillari-aparildi
Oxunma sayı: 2177

Türkiyəli müğənni Demet Akalının villasına oğru girib.  “Qafqazinfo” xəbər verir ki, sənətçinin Acarkentdə yerləşən malikanəsindən qızılları götürülüb.

Lakin zinət əşyalarını oğurlayan şəxslər evin mühafizəçiləri tərəfindən saxlanılaraq polisə təhvil verilib. 

Mövzu barədə D. Akalın instaqram səhifəsində açıqlama yayıb. Müğənni yazıb ki, oğurluq keçmiş xadiməsi tərəfindən olub:

“Cəzası ağır olsun. Necə məhv olduq, inana bilmirəm. Qızım Hira çox qorxdu. Daha yaxşılıq etməyəcəm. Kimə yaxşılıq edirsənsə, sonu xoş olmur. O qədər pisəm ki, qızımın başı üstündə dayanmışam. Uşaq öldü-dirildi. Əsəblərim korlanıb, psixologiyam qaydasında deyil”.