“Vilyarreal” və “Qalatasaray” Qəbələyə gəlir

vilyarreal-ve-qalatasaray-qebeleye-gelir
Oxunma sayı: 640

“Qafqazinfo”nun klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan futbolunun dünyada tanıdılması və Avropa futboluna inteqrasiyanı prioritet hesab edən klub 30 may – 04 iyun tarixlərində Qəbələdə 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında beynəlxalq turnir təşkil edəcək. Avropanın öndə gedən klublarının – “Vilyarreal”, “Levante” (hər ikisi İspaniya), “Qalatasaray” (Türkiyə), “Feyenoord” (Hollandiya), “Bröndbü” (Danimarka), Serbiya yığma komandasının iştirakı ilə baş tutacaq I Qəbələ Kuboku turnirində Azərbaycan “Qarabağ” və “Qəbələ” ilə təmsil olunacaq. Komandalar ilkin mərhələdə 2 qrupda mübarizə aparacaqlar.