Vircinyada fövqəladə vəziyyət

Vircinyada fövqəladə vəziyyət
Oxunma sayı: 851

ABŞ-ın Virciniya ştatında qeyri-sabit hava şəraiti 2 nəfərin ölümünə səbəb olub.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hökumət məlumat yayəb.

Məlumata görə, yaşayış evinin üzərinə ağacın düşməsi 6 yaşlı uşağın ölümünə səbəb olub. Baltimor dairəsində isə ağacın aşması nəticəsində 77 yaşlı qadın həlak olub.

Ştatın qubernatoru fövqəladə vəziyyət elan edib.

Qeyri-sabit hava şəraiti ABŞ-ın 15 ştatında qeydə alınıb. 1 milyondan çox insan  elektrik enerjisiz qalıb. Bundan əlavə hava limanlarında minlərlə reys ləğv edilib.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi