“Virtual Məkanda Azərbaycan” təlimi keçirilib

virtual-mekanda-azerbaycan-telimi-kecirilib
Oxunma sayı: 821

Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə "Virtual Məkanda Azərbaycan” layihəsinin növbəti təlimi baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, “QHT Xəbər” saytının baş redaktoru Sənan Nəcəfov gənclərə sosial şəbəkələrdən səmərəli istifadə, sosial şəbəkələrin (facebook, twitter, Wikipedia) bütün parametrlərini gənclərə aşılamaq mövzusunda təlim keçib. S. Nəcəfov qeyd edib ki, informasiya savaşında atəşkəs olmur.

Layihənin məqsədi Azərbaycan həqiqətlərini virtual məkan vasitəsi ilə dünyaya çatdırmaqdır. Layihədə "Araşdırma texnologiyası”, "Vikipediya təlimləri”, "Sosial şəbəkələrdən səmərəli istifadə”, "Məqalənin düzgün yazılma qaydaları”, "Təlimçilər üçün təlim” kimi maraqlı mövzularda peşəkarların təcrübəsindən yararlanan gənclər, ölkənin müxtəlif regionlarında (Quba, Lənkəran, Şəki, Gəncə, Mingəçevir) və ali təhsil müəssisələrində görüşlər təşkil edəcək, əldə etdikləri informasiyaları region gəncləri ilə bölüşəcəklər. 

Daha sonra layihə komandası və multiplayer komandalarının qarşılıqlı fəaliyyəti şəklində seçilmiş istiqamətlərdə mütəmadi olaraq Azərbaycan dili və bir neçə xarici dildə araşdırmalar aparılacaq, məqalələr yazılacaq.